2012-ci il aprelin 1-nə olan məlumatlara görə, əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz artaraq 4298,9 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əmanətlərin 2395,7 milyon manatı və ya 55,7 faizi milli, 1903,2 milyon manatı xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 58,2 və 7,3 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB