Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirləri Bakıda görüşəcəklər
Gələn ay Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirlərinin görüşü gözlənilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ətrafında müzakirələr aparılacaq. Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım açıqlamasında bildirib ki, danışıqlar yekunlaşmaq üzrədir.
Məlumat üçün bildirək ki, Bakı-Tbilisi-Qars dəmiryolu 2013-cü ildə istismara veriləcək. Tikinti ilə bağlı yekun sənəd 2007-ci il 8 fevral tarixində imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB