İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nərimanov rayonunda "Avand market"də, "Təzə market"də, "Aysu market"də, Dövlətxan Sarıyevə, Kamil Hüseynova məxsus mağazalarda, Səbail rayonunda "A.F. market"də, "Firuzə market"də, "Şəki market"də, Vaqif Hüseynova, Ağasəlim Ağaəli oğluna, Sumqayıt şəhərində İsa Cabbarova, Gəncə şəhərində Ceyhun Qəhrəmanova məxsus mağazalarda, Mingəçevir şəhərində "Uğur market"də, "Sahibkar" mağazasında saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Ümumilikdə, 230 kiloqramdan çox ərzaq malları məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB