Millət vəkili: \"Azərbaycanda aqrar siyasət kökündən dəyişilməlidir\" - MÖVQE
\"Aqrar sahədəki mövcud problemləri aradan qaldırmaq üçün Azərbaycanda aqrar siyasət kökündən dəyişilməlidir\". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.
O bildirib ki, Azərbaycanın ekoloji təmiz məhsul istehsal edərək dünyaya satmağa bütün imkanları var, amma ölkə neft və qazı sataraq əldə edilən valyutanın bir hissəsini xaricdən gətirilən keyfiyyəti aşağı, insan orqanizmi üçün çox zərərli, geni modikasiya olunan məhsullara dəyişdirilir. Bunun isə absurd xarakterli bir vəziyyət yaratdığını deyən Ə.Məsimli qeyd edib ki, 11 iqlim qurşağından 9-nun Azərbaycanda olması dünyanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının 90%-dən çoxunün burada istehsal edilməsinə imkan verir.
"Xaricdə gətirilən zərərli məhsulları yemək mümkün deyil. İndiki çiyələyi yeyəndə bu fərqi görmək mümkündür. O necə məhsuldur ki, ona qurd düşmür. Təmiz alma, armudu yalnız natirmort çəkəndə istifadə etmək olar, orqanizmə onu qəbul etmək düzgün deyil. Bu kimi digər misallar da çəkmək mümkündür", - deyə o əlavə edib.
Ə.Məsimli qeyd edib ki, bəzi monopolistlər 1 manatlıq məhsul istehsal etmədən, xaricdən əlavə məhsul gətirmədən sadəcə öz məhsullarının qiymətini artıraraq 150 milyon manatdan çox pul qazanırlar. Onun fikrincə, bu məbləğ isə Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Yevlax və digər respublika tabeli şəhərlərin 2012-ci ildəki qazancından çoxdur: "Onlar məhsul istehsal etmədən əhalinin cibinə girirlər. Ona görə də aşağı təbəqənin güzəranı aşağı düşür, qiymətlər isə qalxmaqda davam edir. Qiymətlər nə qədər ədalətli olsa, bu ölkəyə turistlər daha çox gələr".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB