Neftin qiyməti aşağı düşüb

Dünya birjalarında neftin qiyməti aşağı düşüb. Nyu-Yorkun "NYMEX" (New York Merchantile Exchange) birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 0,77 dollar ucuzlaşaraq 103,11 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda "Brent" markalı neftin bir barrelinin qiyməti 0,5 sent düşərək 118,71 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bildiriblər ki, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti London birjasında 1,70 dollar ucuzlaşaraq 120,79 dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə