Zaur Fətizadə: \"\"Bir pəncərə\" sisteminin tətbiqi sahibkarların fəaliyyətinin inkişafına təkan verib\"

Zaur Fətizadə: \"\"Bir pəncərə\" sisteminin tətbiqi sahibkarların fəaliyyətinin inkişafına təkan verib\"

Azərbaycanın vergi sistemində \"bir pəncərə\" sisteminin tətbiq edilməsi sahibkarların fəaliyyətinin inkişafına təkan verib. SİA-nın verdiyi xəbərə görə, bunu Vergilər Nazirliyinin xüsusi rejimli vergi xidməti departamentinin rəisi Zaur Fətizadə bildirib.Onun sözlərinə görə, Azərbaycanda vergi sistemi daim dünya standartlarına uyğunlaşdırılır. Ötən illər ərzində sahibkarların hüquqlarının daha da möhkəmləndirilməsi, inzibatçılığın sadələşdirilməsi və şəffaflığın artırılması məqsədi ilə Vergilər Nazirliyi elektron xidmətləri əhatə dairəsinin genişləndirilməsini təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə