Bakı İstedadlar Məktəbinin təməli qoyuldu

Bakı İstedadlar Məktəbinin təməli qoyuldu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndə heyətinin iştirakı ilə Bibiheybətdə neftlə çirklənmədən təmizlənən ərazidə Bakı İstedadlar Məktəbinin təməlqoyma mərasimi keçirilir. SİA-nın məlumatına görə, təməlqoyma mərasimində çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Dövlət Neft Şirkətinin təşəbbüsünə əsasən tikilən bu məktəb bütün dünyada mövcud olan ingilis dilli məktəblər sisteminə uyğun şəkildə inşa oluncaq. 1200 şagirdin təhsil alması nəzərdə tutulan Bakı İstedadlar Məktəbində məktəbəqədər ibtidai və orta təhsil bölmələri fəaliyyət göstərəcək.


Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə