"İqtisadi İnkişaf Nazirliyi yeni yaradılan bu portal ilə bağlı bütün lazımi təklif və tələbləri nəzərə alacaq və portalın müntəzəm yenilənməsi istiqamətində çalışacaq." SİA-nın xəbərinə görə, bu sözləri bu gün "İcazələrin Elektron İnformasiyalar Portalı"nın təqdimatı zamanı İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafi iqtisadi siyasətin prioritetlərindəndir. Onun sözlərinə görə, indiyə qədər bu istiqamətdə biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişafı, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişaf etdirilməsi kimi kompleks tədbirlər həyata keçirilib.
N. Səfərov vurğulayıb ki, prezident İlham Əliyevin "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanı, sahibkarlığın daha da inkşaf etdirilməsi istiqamətində atılan növbəti addım olmaqla, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha bir təzahürüdür. Nazir müavini bildirib ki, dövlət başçısının fərmanına əsasən yaradılan bu yeni www.icazeler.gov.az
Təqdimat mərasimində çıxış edən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz ölkələri üzrə regional ofisinin rəhbəri Tomas Lyubeq, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Cənubi Qafqaz ölkələri üzrə direktor müavini Filip Keller çıxış edərək icazəverici sənədlərlə bağlı vahid məlumat portalının yaradılmasının sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, bu sahədə məlumatlılıq səviyyəsinin və şəffaflığın artılımasında mühüm rol oynadığını qeyd ediblər.
Tədbir zamanı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti şöbəsinin müdiri Zaur Qasımov www.icazeler.gov.az
Sonda toplantı iştirakçılarının portal ilə bağlı sualları cavablandırılıb.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB