Zahid İsayev: \"İstehlakçılar daha çox onlara satılan malların keyfiyyətsiz olmasından şikayətlənirlər\"
\"İstehlakçılar daha çox alınmış malların qaytarılmamasından və yaxud onlara satılan malların keyfiyyətsiz olmasından şikayətlənirlər\". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasına İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.
Onun sözlərinə görə, Dövlət Xidmətinin apardığı təbliğat işləri nəticəsində ümumilikdə istehlakçıların xidmətə müraciəti 2010-cu illə müqayisədə 2011-ci ildə təqribən 80% artıb. Belə ki, ötən ildə 1600 müraciət daxil olub. Bu müraciətlərin hamısına qanun əsasında baxılıb və müvafiq tədbirlər görülüb.
\"Cari ildə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Dövlət Xidməti tərəfindən tədbirlər davam etdirilir. Hazırda bu sahədə yoxlamalar aparılır və xidmətin funksiyaları ilə bağlı müvafiq monitorinq keçirilir. İndi onların nəticələri təhlil olunur\",- deyə xidmət rəisi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB