AXA MBASK sığorta növbəti iri ödənişini gerçəkləşdirib - FOTO

AXA MBASK sığorta növbəti iri ödənişini gerçəkləşdirib - FOTO

AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair iri ödəməsini həyata keçirib. MBASK sığorta şirkətindən SİA-ya verilən məlumata görə, sözügedən sığorta növünə aid ödəmə fevralın 29-də Bakı şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, AXA MBASK tərəfindən 3 988 manat məbləğində sığorta ödənişi "Azəryolservis" ASC Qobustan 2 saylı Yol İstismar İdarəsinə təqdim olunub. (sığortalı hasara çırpılıb).

Qeyd etmək lazımdır ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı şirkət artıq 20 min manata yaxın sığorta haqqı ödəyib.


İcbari sığorta növləri şirkətin 6 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 30-dan artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə online rejimində buraxılır.


Bütün xəbərlər Facebook səhifəmizdə