\"Bakıelektrikşəbəkə” ASC martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində çalışacaq

\"Bakıelektrikşəbəkə” ASC martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində çalışacaq

"Bakıelektrikşəbəkə" ASC martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində çalışacaq. Bunu SİA-ya açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, bayram və istirahət günlərində "Bakıelektrikşəbəkə"nin əməkdaşları enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, həmçinin baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək: "Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin edəcək. Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib".

Qurum rəsmisi onu da bildirib ki, abonentlər yarana biləcək hər hansı problemlər haqqında "199 - Qəza Xidməti"nə zəng vuraraq məlumat verə bilər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə