Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən vətəndaş Əsmət Əsgər qızı Nəsibovanın şikayətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərar çıxarılıb. Şikayətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 29-na təyin edilmiş iclasında baxılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB