2011-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına 76,2 milyon manat verilib
2011-ci ildə 390 min 84 kənd təsərrüfatı istehsalçısına 1319407,36 hektar əkin sahəsi və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 52,8 milyon manat yardım ödənilib.
Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən xəbərə görə, ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalçılarına 2011-ci ildə yanacaq və motor yağlarına, həmçinin buğda və çəltik səpininə görə 76,2 milyon manat yardım verilib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına səpilən hər hektar buğda sahəsinə görə 40 manat yardımın verilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2007-ci il 13 noyabr tarixli 179 nömrəli qərarı buğda istehsalçılarının maddi marağının artmasına və torpaqdan istifadənin keçən ilin müvafiq dövrünə nisbətən artmasına şərait yaradıb və 2012-ci ilin məhsulu üçün buğda əkini 687,9 min hektar təşkil edib.
2011-ci ilə nisbətən 2012-ci ilin məhsulu üçün 39,9 min hektar artıq payızlıq taxıl, o cümlədən 27,3 min hektar buğda, 12,6 min hektar arpa artıq səpilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB