ETSN Kür və Araz çayında monitorinq keçirib

ETSN Kür və Araz çayında monitorinq keçirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevral ayının III ongünlüyündə Kür çayında su sərfi fevral ayının II ongünlüyünə nisbətən saniyədə 3 kubmetr artaraq saniyədə 120 kubmetr təşkil edib. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində çayda biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri Ağstafaçay su anbarında da yol verilən qatılıq həddini keçib. Eyni zamanda, Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhrəmtəpə məntəqələrində zərərli maddələrin normanı keçməsi məlum olub. Suyun oksigen rejimi isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişib.


Bütün xəbərlər Facebook səhifəmizdə