Azərbaycanda magistral neft kəmərləri ilə 4 milyon ton neft nəql edilib

Azərbaycanda magistral neft kəmərləri ilə 4 milyon ton neft nəql edilib

Yanvar ayında Azərbaycanda magistral neft kəmərləri ilə 4 milyon ton neft nəql edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, nəqletmənin 77,1 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar ayında bu kəmər vasitəsilə 3,1 milyon ton neft ötürülüb. Bu dövrdə gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 318,2 min ton tranzit Türkmənistan nefti nəql edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə