700 poçt şöbəsi bank və maliyyə xidmətləri göstərəcək

700 poçt şöbəsi bank və maliyyə xidmətləri göstərəcək

Mərkəzi Bank 700 poçt şöbəsinə bank və maliyyə xidmətləri göstərmək üçün lisenziya verib.

SİA-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, lisenziyanın verilməsi ilə poçt şöbələrində, depozit qəbulu və vətəndaşlara kredit verilməsindən başqa, bütün bank xidmətləri təqdim olunacaq.

Qeyd edək ki, "Azərpoçt" MMC-nin 1.550-dən çox poçt şöbəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə