«Bakcell» abunəçiləri metroda da 3G xidmətindən istifadə edə biləcək

«Bakcell» abunəçiləri metroda da 3G xidmətindən istifadə edə biləcək

Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin abunəçiləri metroda qatarlarda gedərkən 3G xidmətindən istifadə edə biləcək. SİA-nın məlumatına görə, bunu bu gün "Bakcell"in 2011-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edən şirkətin kommersiya direktoru Krasimir Qenov bildirib.


Onun sözlərinə görə, hazırda "Bakcell"in 3G xidmətindən 1 mln-a yaxın abunəçi istifadə edir: "Bu il ərzində abunəçilərimiz metroda qatarlarda gedərkən sözügedən xidmətdən yüksək səviyyədə istifadə edə bilər".


Qeyd edək ki, hazırda şirkətin 3 mln. qeydiyyatdan keçən, o cümlədən 2,5 mln. aktiv abunəçisi mövcuddur və bunların 1 mln-u 3G xidmətindən istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə