İqtisadi İnkişaf Nazirliyinin
(İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Sahibkarlığın inkişafına dövlət
dəstəyi" mövzusunda növbəti tədbirini bu gün İsmayıllı rayonunun Cülyan
kəndində keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdən əvvəl SKMF-in vəsaitləri hesabına
maliyyələşdirilən çörək istehsalı müəssisəsində aparılan son tamamlama işlərinə
baxış keçirilib. Tədbir çərçivəsində İsmayıllı rayonunda, o cümlədən tədbirin
keçirildiyi Cülyan kəndində güzəştli kreditlər hesabına maliyyələşdirilməsi
məqsədəuyğun hesab olunan kiçik və orta əraziyə malik intensiv alma bağlarının
salınması, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının, tutumu 500 ton
olan müasir soyuducu anbar kompleksinin, 500 başlıq südlük istiqamətli müasir
heyvandarlıq kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin
təqdimatı keçirilib. Bununla yanaşı, kiçik həcmli üzümçülük təsərrüfatının
yaradılması və kiçik əraziyə malik intensiv alma bağlarının salınması üzrə nümunəvi
investisiya layihələrinin təqdimatı keçirilib, belə layihələrin ümumi dəyərinin
100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi
bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar
paylanılıb.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev, İİN-in
Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və
Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov, İsmayıllı rayon İcra Hakimiyyəti
başçısının müavini Həsən Həsənov tədbirdə çıxış edib. Şirzad Abdullayev qeyd
edib ki, SKMF tərəfindən 2012-ci ilin ötən dövrü ərzində sahibkarlıq
subyektlərinin 241 investisiya layihəsinin maliyyələşdirilməsinə 30,7 mln.
manat, o cümlədən respublikanın regionları üzrə 217 investisiya layihəsinin
maliyyələşdirilməsinə 26 mln. manat və Bakı qəsəbələri üzrə 24 investisiya
layihəsinin maliyyələşdirilməsinə 4,7 mln. manat güzəştli kreditlər verilib. Bu
kreditlər hesabına 950-dək yeni iş yerinin yaradılacağı nəzərdə tutulub.Qeyd edək ki, Azərbaycan prezidentinin 15 dekabr 2011-ci il tarixli
sərəncamı ilə təsdiq edilən "2012-2020-ci illərdə Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi
istiqamətində SKMF tərəfindən sahibkarlıq subyektlərinin intensiv üzümçülük
təsərrüfatlarının yaradılmasına dair investisiya layihələrinin
maliyyələşdirilməsinə başlanılıb, bu il artıq 3 investisiya layihəsi
maliyyələşdirilib. Sonra Şirzad Abdullayev sahibkarları maraqlandıran
sualları cavablandırıb.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 406 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 60-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Tədbirdə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB