Amerikada Azərbaycan-Türkiyə-ABŞ birgə biznes forumu keçiriləcək

Amerikada Azərbaycan-Türkiyə-ABŞ birgə biznes forumu keçiriləcək

Gələn həftə Amerikada Azərbaycan-Türkiyə-ABŞ birgə biznes forumu keçiriləcək. Azərbaycan nümayəndə heyətinin təkibinə parlament üzvlərindən Asim Mollazadə də daxildir. SİA-nın verdiyi məlumata görə, tədbir ABŞ-ın bir neçə şəhərində keçiriləcək. Əvvəlcə fevralın 21-də Missisipidə olacaq. Daha sonra isə Vaşinqton, Hyüston və digər şəhərlərdə və ştatlarda davam edəcək. Keçiriləcək biznes-forumda üç ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişaf perspektivləri, amerikalı iş adamlarının Azərbaycan iqtisadiyyatına investisiya qoyulması təşviq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə