Ölkənin üç rayonunun qazı kəsiləcək

Ölkənin üç rayonunun qazı kəsiləcək
Qax, Zaqatala və Balakən rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari təmir işlərinin aparılması ilə əlaqədar, sabah 17 fevral tarixində saat 10:00-dan 18:00-dək "Yevlax-Balakən" magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri zamanı Qax, Zaqatala və Balakən rayonlarına mavi yanacağın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə