Kompleks Qazma İşləri Trestinin \'\'Neft Daşları\'\' Dəniz Qazma İşləri İdarəsi \'\'Pirallahı-dəniz\'\' yatağındakı 1100 nömrəli meydançadan 1111 nömrəli quyuda qazma işlərinə başlayıb. SİA-nın xəbərinə görə, \'\'Abşeronneft\'\' NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 950 metrdir. Geoloqların hesablamalarına görə, quyudan sutkada 4 ton neft hasil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB