Mərkəzi Bankın Dövlət İqtisad Universiteti ilə birgə keçirdiyi referat müsabiqəsinə yekun vurulub
Mərkəzi Bankın fəaliyyətinin 20 illik yubileyi münasibəti ilə 16-31 yanvar 2012-ci il tarixində "Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri" mövzusunda tələbələr və magistrlər arasında elan olunan referat müsabiqəsi başa çatmış, qaliblər müəyyən olunub.
Mərkəzi Bankın Kommunikasiya departamentindən SİA-ya verilən xəbərə görə, ölkənin iqtisadi inkişafında bank sisteminin rolu, bu sektorun inkişaf istiqamətləri barədə tələbələrin baxışlarının, fikirlərinin, təkliflərinin öyrənilməsi, maarifləndirmə işinin təşviq edilməsi məqsədilə iqtisadiyyat və maliyyə ixtisasları üzrə III və IV kurs bakalavr tələbələri, həmçinin magistrlər arasında elan olunan müsabiqəyə 33 referat təqdim olunub.
Müsabiqə qaydalarında təsbit olunmuş meyarlar əsasında aparılmış qiymətləndirmənin nəticələrinə görə, ADİU-nun bakalavr 4-cü kurs tələbəsi Əliyeva Aynur tərəfindən təqdim olunan "Ölkənin iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri" mövzusunda referat işi birinci yerə, ADİU-nun bakalavr 4-cü kurs tələbəsi Mirzəzadə Lalə tərəfindən təqdim olunan " Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri" mövzusunda referat işi ikinci yerə, ADA-nın 1-ci kurs magistri Vəliyev Samir tərəfindən təqdim olunan "Azərbaycan bankları və onların regionlarda fəaliyyəti" mövzusunda referat işi isə üçüncü yerə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB