İqtisadi İnkişaf Nazirliyinə işçi tələb olunur

İqtisadi İnkişaf Nazirliyinə işçi tələb olunur

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən İqtisadi İnkişaf Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı ümumi müsahibə elan edilib.


SİA-nın məlumata görə, müsahibəyə İqtisadi İnkişaf Nazirliyindən 6 vəzifə üzrə 6 yer təqdim olunub. Nazirliyin mənzil-kommunal siyasəti şöbəsi, mənzil siyasəti sektoru, baş məsləhətçi; mənzil-kommunal siyasəti şöbəsi, normativ metodiki təminat və icmal sektoru, aparıcı məsləhətçi; dövlət qulluğu və kadrlar şöbəsi, kadrlarla iş sektoru, aparıcı məsləhətçi; dövlət qulluğu və kadrlar şöbəsi, dövlət qulluğu məsələləri sektoru, baş məsləhətçi; protokol xidməti sektoru, sektor müdiri; regionların inkişafı və dövlət proqramları şöbəsi, regionlarla iş sektoru, məsləhətçi vakant yerlərinə işçi tələb olunur.



Müsahibədə iştirak etmək istəyənlər fevralın 23-dək namizədliklərinin qeydə alınması üçün komissiyaya müraciət edə bilərlər.


Bütün xəbərlər Facebook səhifəmizdə