Şahdağ Qış-Yay Turizim Kompleksində süni qar yaradan qurğular işə düşüb

Şahdağ Qış-Yay Turizim Kompleksində süni qar yaradan qurğular işə düşüb

Azərbaycanda qış idman növü ilə məşğul olanlar xizəklə sürüşmək üçün artıq ölkədən xaricə üz tutmayacaqlar. Qusar rayonunun Aladaş yaşayış massivində inşa edilən Şahdağ Qış Turizim Kompleksində süni qar yaradan qurğular işə düşüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ilkin olaraq kompleksin I mərhələsində 3 enli zolaq və 3 kanal yolu hazırlanaraq istifadəyə yararlı vəziyyətə salınıb.

İtalyadan gələn mütəxəssisin sözlərinə görə, həmin zolaqlarda İtaliya istehsalı olan 69 ədəd süni qar yaradan qurğu quraşdırılıb. İndi onlardan on beşində sınaq işləri aparılır.

Şahdağ Qış Turizm Kompleksinin böyük texniki nəzarət mühəndisi Mühəndis Qiyasovun sözlərinə görə, qurğuların suyu Qusarçaydan götürülür. Bu qurğular saatda 48 kilometr su götürə, saatda 25 kubmetrdən 120 kubmetrdək qar yarada bilir.

İndi təcrübədən keçirilən 15 mobil süni qar yaradan qurğu gecələr işləməklə yerdə sürüşmək üçün 20 sm süni qar yaradacaq. İndi ərazidə təbii qar yağdığını nəzərə alsaq, deməli ümumilikdə qarın qalınlığı daha artıq olacaq.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə