İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə kredit təşkilatları tərəfindən Bakı qəsəbələrində fəaliyyət göstərən 21 sahibkara 4,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər əsasən ət emalı müəssisəsinin, müasir quşçuluq təsərrüfatının və çörək istehsalı müəssisəsinin yaradılmasına yönəldiləcək. Bu layihələrin reallaşması hesabına 130-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, 2011-ci ildə Bakı qəsəbələrində sahibkarlıq subyektlərinin 210 investisiya layihəsinin maliyyələşdirilməsinə 35 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 27 investisiya layihəsinin maliyyələşdirilməsinə 32,4 milyon manat və 183 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 2,6 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması nəticəsində 1500-ə yaxın yeni iş yeri yaradılacaq. 2011-ci il ərzində verilmiş güzəştli kreditlərin 25%-i Bakı qəsəbələrinin payına düşüb. 2012-ci ildə isə bu göstərici əhəmiyyətli dərəcədə artırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB