Füzuli və Zərdabda enerji istehlakında qayda pozuntuları aşkarlanıb
Füzuli elektrik şəbəkəsində (EŞ) 2011-ci il ərzində aşkar edilmiş 108 qayda pozuntusuna görə 1 milyon 517,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 91 min manatdan artıq istehlak dəyəri bərpa olunub.
"Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin məbləğin 76 faizə yaxın hissəsinin ödənişi təmin edilib.
Zərdab EŞ-də isə ötən il 47 qayda pozuntusu faktı aşkar edilərək 1 milyon 40,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 62,4 min manatdan çox istehlak dəyəri bərpa olunub. Bu məbləğin 62 faizə yaxın hissəsinin ödənişi təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB