“Petkim”in İdarə heyətinin sədri: \"Azərbaycan Türkiyəyə satdığı qazın qiymətini artırmayacaq\"

“Petkim”in İdarə heyətinin sədri: \"Azərbaycan Türkiyəyə satdığı qazın qiymətini artırmayacaq\"

İsveçrənin Davos şəhərində təşkil edilən Dünya İqtisadiyyat Forumunda (WEF) iştirak etmək üçün Sürixə gələn "Petkim"in İdarə heyətinin sədri Vagif Əliyev Türkiyədə satışa çıxarılan Azərbaycan təbii qazının qiymətinə toxunub. SİA-nın xəbərinə görə, o, Azərbaycandan idxal edilən təbii qazın qiymətinin artırılması məsələsinin gündəmdə olmadığını deyib: "Azərbaycan qazı Türkiyəyə digər ölkələrə nisbətən ucuz satır və bu qiymət artırılmayacaq".

Azərbaycan və Türkiyə arasındakı qaz sazişinin Türkiyə üçün böyük bir üstünlüklər verdiyini bildirən Petkim rəhbəri BOTAS-ın bu sazişdən 1,7 milyard dollar illik gəlir əldə etməsinin proqnozlaşdırıldığını və razılaşmanın Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız tərəfindən açıqlandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə