Məhəmmədi qəsəbəsinə su çəkilir

Məhəmmədi qəsəbəsinə su çəkilir

Abşeron rayonu Məhəmmədi qəsəbəsinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə yeni layihənin icra olunur. "Azərsu" Acıq Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, Məhəmmədi qəsəbəsini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün qəsəbədə hər birinin tutumu 2500 kubmetr olan 2 su anbarı tikilir. Layihəyə əsasən anbarlardan qəsəbəyə özüaxımlı rejimdə olmaqla saniyədə 32 litr su ötürüləcək.


Anbarların inşası ilə yanaşı, qəsəbədə 3300 metr uzunluğunda magistral və 66500 metr uzunluğunda şəbəkədaxili su xətləri çəkiləcək. Kanalizasiya sistemini yenidən qurmaq məqsədi ilə 66500 metr uzunluğunda kanalizasiya xətti çəkilərək yeni tikiləcək kollektora birləşdiriləcək. 2012-ci ilin birinci rübündə şəbəkənin yenidən qurulmasına başlanacaq və 2013-cü ildən etibarən Məhəmmədi qəsəbəsinin su təchizatı təmin olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə