2011-ci il üzrə yük nəqliyyatı ilə 203,5 milyon ton və ya ötən illə müqayisədə 3,6 faiz çox yük daşınıb, qeyri-neft yüklərinin həcmi isə 9,6 faiz artıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, nəqliyyat vasitələri ilə daşınmış yüklərin 54 faizi avtonəqliyyat, 29 faizi boru kəməri, 10,9 faizi dəmir yolu, 6,1 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib. Son 5 ildə bütün nəqliyyat növləri ilə yük daşınması orta hesabla hər il 6,9 faiz, o cümlədən avtomobil nəqliyyatında 6,7 faiz, boru kəməri nəqliyyatında isə 16,6 faiz çoxalıb. Ötən ildə qeyri-dövlət bölməsində yük daşınması 3,6 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 73,8 faiz təşkil edib. İl ərzində nəqliyyatçılar 1,5 milyard nəfərə və ya 2010-cu illə müqayisədə 7,5 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,4 faizi avtomobil, 12,2 faizi metro nəqliyyatının xidmətlərindən istifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB