Azərbaycanda kimya sənayesində məhsul istehsalı 27,1 faiz, rezin və plastik kütlə məmulatları istehsalı isə 47,2 faiz artıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il əsas kimya məhsullarından polietilenin istehsalında 1,4 dəfə, kaustik sodanın istehsalında 1,6 dəfə, propilenin istehsalında 13,5 faiz artım qeydə alınıb.
Eyni zamanda, rezin və plastik kütlə məmulatlarından bərk polietilen boruların istehsalı 1,9 dəfə, polimer örtüklərin istehsalı isə 19,8 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB