Mərkəzi Bank fəaliyyətinin 20 illik yubileyi münasibəti ilə "Azərbaycanda bank sektorunun inkişafı üçün hansı tədbirlər görülməlidir?" mövzusunda tələbələr arasında referat müsabiqəsi elan edir. Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd ölkənin iqtisadi inkişafında bank sisteminin rolu, habelə, bu sektorun inkişaf istiqamətləri barədə tələbələrin baxışlarının, fikirlərinin, təkliflərinin öyrənilməsi, maarifləndirmə işinin təşviq edilməsindən ibarətdir.
Müsabiqəyə ali təhsil ocaqlarında iqtisadiyyat və maliyyə ixtisasları üzrə hal-hazırda təhsil alan IV kurs bakalavr və ya magistr tələbələr tərəfindən 16-31 yanvar 2012-ci il tarixləri ərzində təqdim olunan referatlar qəbul olunur.
Müsabiqəyə təqdim olunacaq bütün referatlar Mərkəzi Bankın 20 illik yubileyi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi və Mərkəzi Bankın digər əməkdaşlarından ibarət Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblərə xüsusi sertifakatlar və xatirə sikkələri təqdim olunacaq.
Müsabiqənin elanı haqqında ətraflı məlumat və qaydalar Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB