“Qara qızıl”ın qiyməti enməkdə davam edir

“Qara qızıl”ın qiyməti enməkdə davam edir

"Qara qızıl"ın qiyməti enməkdə davam edir. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,77 dollar və ya 1,8 faiz azalaraq 1 barelə görə 99,10 dollar təşkil edib.

ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,98 dollar və ya 0,9 faiz azalaraq 111,26 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə