Şirzad Abdullayev: "Bakı qəsəbələrinin inkişafının sürətləndirilməsi və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə xüsusi diqqət yetirilib"
"Fond tərəfindən son 3 ildə müasir texnologiyalara əsaslanan 185 layihəyə 313.3 mln. manat güzəştli kredit vəsaiti verilmişdir. Müəssisələrdən 88-i (48 %-i) istifadəyə verilmiş, digər 97-si üzrə tikinti-quraşdırma işləri aparılır. Bunlardan 34 müasir soyuducu və 19 taxıl anbarı kompleksləri, 11 çörək zavodu, 6 südlük istiqamətli müasir heyvandarlıq kompleksi, 4 ət emalı fabriki, 28 quşçuluq təsərrüfatı, 18 istixana kompleksi, 7 süd emalı və s. müəssisəsləridir.
Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində işlər ötən ildə də davam etdirilmiş və 85 investisiya layihəsinin maliyyələşdirilməsinə 116.5 milyon manat, 11 kənd təsərrüfatı müəssisəsinin maliyyələşdirilməsinə 1.9 milyon manat, digər sahələrin inkişafı ilə bağlı 3 layihənin maliyyələşdirilməsinə 0.3 milyon manat və kiçik sahibkarlığın dəstəklənməsi məqsədilə 1550 sahibkarlıq subyektinin investisya layihələrinin maliyyələşdirilməsinə 19.3 milyon manat güzəştli kreditlər verilmişdir".
SİA-nın verdiyi məlumata görə, bu fikirləri Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev yap.org.az saytına açıqlamasında bildirib.
Şirzad Abdullayevin sözlərinə görə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı qəsəbələrinin inkişafının sürətləndirilməsi, qəsəbələrdə yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə xüsusi diqqət yetirilmiş, 210 sahibkara 35 mln. manat, bunlardan müasir texnologiyaların tətbiqinə əsaslanan 27 layihənin maliyyələşdirilməsinə 32.4 mln. manat, digər sahələrin inkişafı ilə bağlı 2 layihənin maliyyələşdirilməsinə 0.3 mln. manat, həmçinin 181 kiçik həcmli layihənin maliyyələşdirilməsinə 2.3 mln. manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 1500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub.
2011-ci ildə Fond tərəfindən maliyyələşdirilımiş 33 istehsal, emal və infrastruktur müəssisəsi (7 soyuducu və 4 taxıl anbarı, 4 quşçuluq təsərrüfatı, 1 heyvandarlıq kompleksi, 4 müasir istixana, 1 meyvə-tərəvəz və 1 süd emalı zavodu, 3 çörək zavodu və s.) istifadəyə verilib. 2012-ci ildə isə minimum 96 belə müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB