ARDNŞ 2012-ci ildə strukturuna daxil olan müəssisə və təşkilatlar, həmçinin müştərək müəssisələr üçün müasir tələblərə cavab verən fəhlə kadrlarının hazırlanması məqsədi ilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinə şagird qəbulu üçün müsabiqəni açıq elan edir. Müsabiqədə yaşı 29-dan yuxarı olmayan Bakı, Sumqayıt şəhərlərində və ya Abşeron rayonunda qeydiyyatı olan, həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrindən olan vətəndaşlar iştirak edə bilər. ARDNŞ-dən SİA-ya daxil olan məlumata görə, əvvəlki illərdən fərqli olaraq, bu il müsabiqəyə müraciət elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının \'\'Karyera\'\' bolməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər ən geci 23 yanvar 2012-ci il tarixinədək qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB