Ötən ilin dekabr ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 166 min 178 ton Azərbaycan nefti nəql olunub. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, 2011-ci ilin yanvar-dekabr aylarında bu kəmərlə 32 milyon 224 min 700 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il yanvar ayının 1-ə qədər BTC-yə 175 milyon 780 min 642 ton neft vurulub.
Bundan başqa, ötən ilin dekabr ayında BTC kəməri ilə 204 min 758 ton Türkmənistan nefti nəql olunub. Ümumiyyətlə, 2011-ci il ərzində BTC kəməri ilə 2 milyon 237 min 27 ton türkmən nefti ötürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB