2011-ci ildə banklara 8 milyard 892,8 milyon manat depozit yerləşdirilib

2011-ci ildə banklara 8 milyard 892,8 milyon manat depozit yerləşdirilib

2011-ci ildə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 8 milyard 892,8 milyon manat təşkil edib. Bunun 3 milyard 830,1 milyon manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5% çoxdur.

SİA-nın Milli Banka istinadən verdiyi xəbərə görə, ötən il banklara qoyulan əmanətlərin 1 milyard 970,1 milyon manatı (51,4%) manatla, 1 milyard 859,9 milyon manatı (48,6%) isə xarici valyuta ilə cəlb edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə