2012-ci ildə inflyasiyanın aşağı səviyyədə saxlanması istiqamətində tədbirlər görüləcək
2012-ci ildə Mərkəzi Bankın pul və məzənnə siyasəti ölkədə makroiqtisadi sabitliyin qorunmasına yönəldiləcək. SİA-nın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu il pul siyasəti inflyasiya və iqtisadi artım, pulun dəyəri və iqtisadiyyatda gəlirlik norması arasında mümkün optimal balansın tapılmasına istiqamətlənəcək. 2012-ci il üçün pul siyasətinin başlıca hədəfini illik inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması təşkil edəcək. İnflyasiyanın aşağı səviyyədə saxlanması ödəniş qabiliyyətli tələbin təmin olunmasında, əhalinin və biznesin maliyyə yığımlarının real dəyərinin qorunmasında, faiz dərəcələrinin aşağı düşməsində və manatın real məzənnəsinin rəqabətli olmasında həlledici amildir. İnflyasiya üzrə hədəfə nail olmaq üçün Mərkəzi Bank pul təklifi və valyuta məzənnəsindən aralıq hədəflər kimi istifadə edəcək. Strateji dövrdə Mərkəzi Bankın qarşısında duran vəzifə məcmu tələbə təsir etmək və bu yolla inflyasiyanı birbaşa hədəfləmək imkanlarının artırılmasıdır.
Mərkəzi Bank bəyan edir ki, manatın məzənnəsi makroiqtisadi sabitliyin saxlanmasında, maliyyə sabitliyinin idarə olunmasında, habelə qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyətinin qorunmasında əhəmiyyətli amil olaraq qalacaq. 2012-ci ildə ölkəyə valyuta daxilolmalarının artması manatın məzənnəsinə təsir edən əsas makroiqtisadi amildir. Manatın real effektiv məzənnəsinə neft gəlirlərinin əhəmiyyətli təsirini nəzərə alaraq orta müddətli dövr üçün daha çevik məzənnə rejiminə tədrici keçid imkanları nəzərdən keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB