İqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, ekologiya, su təchizatı, logistika, müasir üsullarla suvarma sistemlərinin tətbiqi, alternativ enerji mənbələrindən istifadə və s. sahələrdə ölkəmizlə İsrail arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi məqsədilə bu ölkədə səfərdədir. SİA-nın nazirliyin rəsmi saytına istinadən məlumatına görə, nümayəndə heyətinə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, \"Azərsu\" ASC-nin, Azərbaycan İnvestisiya Şirkətinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri daxildir.
Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti İsrailin Enerji və Su naziri Uzi Landau ilə görüşüb. Görüşdə Azərbaycan və İsrail arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra işgüzar görüşlər keçirəcək, müasir texnologiyalar əsasında müxtəlif sahələrdə fəaliyyət göstərən İsrail şirkətlərinin fəaliyyəti ilə tanış olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB