Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi 890 milyon dollara çatıb
Bu ilin 11 ayı ərzində Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi artıb. Hazırda ticarət dövriyyəsi 890 milyon dollar təşkil edir. SİA-nın məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib: "Ümumiyyətlə son beş ildə ölkələr arasında ticarət dövriyyəsi 5 dəfə artıb. Gələcəkdə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin 500 milyon dollara qalxaraq 1 milyard dollara çatdırılması nəzərdə tutulur. Bu gün birinci Azərbaycan nefti Belarusa gedib. Neft məhsullarının Belarusa ixracı isə 150 faiz artıb".
N.Patskeviç iki ölkənin münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini də deyib: "İl ərzində Belarusda həyata keçirilən 108 səfərdən 80-i Azərbaycana olub. Bu il 16 belaruslu nazir Azərbaycana işgüzar səfərə gəlib".
Paçkeviçin sözlərinə görə, ölkələr istehsal korporasiyaları üzrə bir sıra birgə layihələri həyata keçirirlər: "Gəncə avtomobil zavodunda Belorusla birgə texnikanın hissələrinin yığılmasına başlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB