Rusiyanın "Qazprom" şirkəti Azərbaycandan aldığı təbii qazın həcmini 1,5 dəfə artırmagı düşünür. Qeyd edək ki, şirkət Azərbaycandan bu ilki 2 mlrd. kubmetrə qarşı gələn il 3 mlrd. kubmetr qaz almağı planlaşdırır."Qazprom"un yaydığı məlumata görə, bununla bağlı razılıq dekabrın 15-də "Qazprom" rəhbəri Aleksey Millerlə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında keçirilən görüşdə əldə edilib. Xatırladaq ki, Azərbaycan qazının alqı-satqısı barədə müqavilə "Qazprom" ilə ARDNŞ arasında 2009-cu il oktyabrın 14-də bağlanıb. Müqavilə sonradan uzadılma imkanı ilə 2010-2015-ci illəri əhatə edir. Rusiyaya 2010-cu ilin yanvarında Azərbaycan qazının nəqlinə başlayıb və həmin il Rusiyaya 799,75 mln. kubmetr Azərbaycan qaz nəql edilib. Cari ildə isə bu rəqəmin 2 mlrd. kubmetrə çatdırılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB