2010-cu ildə Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 900 milyon avro olub
2010-cu ildə iki ölkə arasında olan ticarət dövriyyəsi 1 mld İsveçrə frankı məbləğində olub. Bu təxminən 900 mln avrodur. Bunu bugün Səs TV-yə açıqlamasında İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (State Secretariat for Economic Affairs - SECO) İdarə Heyətinin üzvü, səfir Erik Martin bildirib: "2010-cu ildə Azərbaycandan İsveçrəyə əsasən enerji sektoru üzrə məhsullar ixrac olunub. İsveçrədən Azərbaycana isə müxtəlif avadanlıqlar, əczaçılıq məhsulları, yüksək texnologiyalar ixrac edilib. İkitərəfli ticarət dövriyyəsinin artırılması üçün potensial genişdir. İsveçrə şirkətləri arasında Azərbaycana ən çox investisiya yatırımı "Holstream" şirkəti tərəfindən edilib"-deyə xarici qonaq deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB