Sosial ipotekanın artırılmasına ehtiyac var

Sosial ipotekanın artırılmasına ehtiyac var

\"Sosial ipotekanın artırılmasına ehtiyac var. Bununla bağlı lazımi təkliflərimizi vermişik\". Bunu SİA-ya açıqlamasında Mərkəzi Bankın sədr müavini Aftandil Babayev bildirib: "Gələn il üçün bu məbləğ 20 mln nəzərdə tutulub. Hesablamalara əsasən orta hesabla ildə 100 mln manata yaxın sosial ipotekaya vəsaitin ayrılmasına ehtiyac var. Bu həm də sistemin daha təsirli tempdə getməsinə şərait yaradacaq", –deyə sədr müavini bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə