Elman Rüstəmov: “Azərbaycandakı banklar müəssisələrə birbaşa böyük investisiyalar yatırmaq iqtidarında deyil”

Elman Rüstəmov: “Azərbaycandakı banklar müəssisələrə birbaşa böyük investisiyalar yatırmaq iqtidarında deyil”

\"Azərbaycanda kommersiya banklarının müəssisələrə birbaşa investisiyaların həyata keçirilməsi hazırkı vəziyyətdə məqsədəuyğun deyil. SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan bankları böhrandan bərpa olunma mərhələsindədir və bu halda əsas məsələ kapitallaşmanın artırılması və likvidliyin yüksək səviyyədə saxlanılmasıdır\". Elman Rüstəmov bəyan edib ki, Azərbaycanda kommersiya bankları müəssisələrə nəzərəçarpan dərəcədə birbaşa investisiyalar yatırmaq iqtidarında deyil və bu proses daha yüksək kapitallaşma tələb edir.


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə