Gələn il regionlarda bəzi bankların bankomatlarının sayı artırılacaq

"Sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkili məqsədilə ayrılan vəsait 100 min artırılaraq 250 min manata çatdırılıb". SİA-nın xəbərinə görə bunu Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. Qurum rəhbəri onu da qeyd edib ki, Milli Məclisin ötən iclasında "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkillərinin təklifləri nəzərə alınaraq regionlarda təqaüdçülərin pensiyalarını rahat şəkildə alması üçün gələn il Beynəlxalq Bank tərəfindən 50, Kapital Bank tərəfindən isə 23 bankomat quraşdırılacaq. Bundan əlavə Beynəlxalq Bank əlavə olaraq 50 bankomat və 4 səyyar bankomat sifariş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə