Bakıda Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib - FOTOSESSİYA

Bu gün Bakıda Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib. SİA-nın xəbərinə görə, biznes forum İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Azərbyacandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbyacan tərəfdən rəsmi şəxslərlə yanaşı sənaye, kimya, tikinti və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox nümayəndə iştirak edib. Türkiyə tərəfi isə İzmir Valiliyinin, Böyükşəhər Bələdiyyəsi nümayəndələrinin və iş adamlarının daxil olduğu 180 nəfərlik heyətlə təmsil olunub.

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova iqtisadi-sosial inkişaf strategiyası nətcəsində Azərbaycan iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, ölkədə əlverişli biznes və investisiya mühitinin yaradıldığını deyib. O bildirib ki, ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadi qüdrəti artıb və regionun aparıcı dövlətinə çevrilib. Nazir müavini Azərbaycan və Türkiyə arasında mövcud iqtisadi əlaqələr və və əməkdaşlığın daha da inkişaf etidrilməsi üçün bütün imkanların mövcud olduğunu deyib. S.Həsənova Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etidyini, əməkdalığın daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu deyib. O, hər iki ölkə sahibkarlarını bu imkanlardan yararlanmağa çağırıb.

Tədbirin davamında İzmir valisi Cahid Kıraç, "Socar Turcas"ın rəhəri Kənan Yavuz. "Petkim" şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev, Türkiyənin Azərbyacandakı səfiri Hulusi Kılıç və digərləri çıxış edərək Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr, iki qardaş ölkə arasında gələcək əməkdaşlıq perspektivləri barədə danışıblar. Onlar Azərbaycan böyük əhəmiyyət verdiklərini və birgə əməkdaşlığa layihələrin həyata keçirilməsinə hazır olduqlarını deyib.

Biznes forum iş iş adamları arasında işgzar görüşlərlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə