Elman Rüstəmov: \"İpoteka üçün dövlət büdcəsindən ayrılan 20 milyon manat azdır\"
Pensiya fondunun kəsiri son 10 ildə on dəfə artaraq bir milyard manata çatıb. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisdə Azərbaycan Respublikası 2012-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elmar Rüstəmov deyib. O qeyd edib ki, bu yeni büdcə layihəsi üçün yeni proqnozlar var, tədqiqat gedir. Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) da bu yönümdə işlər gedir: \"Ölkədə əhalinin qocalması prosesi gedir. Bu çox yaxşı haldır, əhali arasında uzunömürlülük artır. Bununla yanaşı dövlətin eləcə də fondun üzərinə düşən vəzifələr artır, bu isə büdcə qarşısında problemləri artırır.
Sosial ipoteka məsələsinə toxunan bankın sədri bildirib ki, bu sosial ipoteka dövlət tərəfindən elan olunub, bu çox mühüm sosial proqramdır. Onun sözlərinə görə, xüsusilə ölkə başçısı İlham Əliyev son dövrlərdə irəli sürdüyü "Gənclər Proqramı" çərçivəsində ipotekanın rolu artıb. Bu təkcə sosial deyil, eyni zamanda iqtisadi yönümlü proqramdır.
Həmçinin E. Rüstəmovun sözlərinə görə, "Bu il sosial ipotekaya ayrılan 20 milyon manat vəsait kifayət deyil. Bunu üçün ölkənin mailiyə imkanları kifayət qədərdir. Sosial ipoteka ala biləcək gənclərin sayı 100 min nəfərdir. Bu gün banklarda sosial ipoteka üçün növbəyə duranların tələbi 80 mln. manatdır. Hesab edirik ki, sosial ipotekanın şərtlərini daha da yüngülləşdirmək olar. Fikrimcə, bu, cari ildə həllini tapa bilər".
Cabir Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB