Azərbaycan Qafqaz iqtisadiyyatının yarıdan çoxunu özündə birləşdirir

Azərbaycan Qafqaz iqtisadiyyatının yarıdan çoxunu özündə birləşdirir

Bu günlərdə Azərbaycanda keyfiyyətcə yeni bir iqtisadi vəziyyət yaranıb. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisdə Azərbaycan Respublikası 2012 ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elmar Rüstəmov deyib. Həmçinin Elmar Rüstəmov qeyd edib ki, nəzərə alsaq ki, Azərbaycan son qlobal böhran təlatümlərindən məharətlə çıxdı, o zaman ölkə iqtisadiyyatı haqqında kifayət qədər təsəvvür yarana bilir. Bu gün Azərbaycan regionda real gücə malik bir ölkədir.

Qeyd edək ki, Azərbaycan Qafqaz iqtisadiyyatının 3/4-nü özündə birləşdirir. Son 8 ildə isə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. Bununda tarixdə analoqu yoxdur. Ölkədə yoxsulluq 5 dəfə azaldılıb.


Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə