ARDNŞ xilasedici qayıqları yeniləri ilə əvəz edir

ARDNŞ xilasedici qayıqları yeniləri ilə əvəz edir

ARDNŞ \"Günəşli\" yatağındakı dərin dəniz özüllərində baş verə biləcək qəza və yanğın zamanı neftçilərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş istifadədə olan \"AT-30\" və \"AT-42\" tipli xilasedici qayıqları müasir tələblərə cavab verən yeniləri ilə əvəz edir. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu məqsədlə 2011-ci il ərzində 46 ədəd Koreya istehsalı olan \"NPT58F\" tipli 42 yerlik yeni xilasedici qayıq alınıb. Onlardan 10 ədədi artıq 3, 5, 8, 9, 10, 11, 13, 15 və 19 saylı özüllərdə quraşdırılıb.

Hazırda 6, 13, 15 və 19 saylı özüllərdə 6 ədəd xilasedici qayığın quraşdırılması işləri davam etdirilir. Alınmış digər qayıqların quraşdırılaraq istismara verilməsi üçün müvafiq tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə