Niyazi Səfərov: "Son 10 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi beş dəfə azalıb"

Niyazi Səfərov: "Son 10 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi beş dəfə azalıb"

"Son 10 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 dəfə, yaxud 500 faiz azalıb". Bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

N.Səfərov deyib ki, ölkədə yoxsulluğun səviyyəsi 2001-ci ildə 49 faiz idisə, 2010-cu ildə isə 9,1 faizə enib. Onun sözlərinə görə, son 8 ildə ölkə iqtisadiyyatı 300, sənaye istehsalı 300, büdcə xərcləri 20 dəfə artıb, 950 mindən çox yeni iş yeri açılıb, pensiyaçıların təqaüdlərində 40 faiz artım olub.

2004-2010-cu illərdə Azərbaycan əhalisinin gəlirləri 4,5 dəfə, orta aylıq əmək haqqı 4,3 dəfə, əhalinin əmanətləri 12 dəfə artıb. Nazir müavini qeyd edib ki, bu müddət ərzində 40 mindən çox müəssisə fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə