Corc Papakonstantinu: \"Azərbaycan dənizaltı qaz kəmərininin çəkilişi layihəsinə investisiya qoya bilər\"
"ITGI Avropa və Balkan ölkələrinə 2012-2013-cü ildən qazın nəqlinə hazırdır. Deməli, "Şahdəniz" qazının 2017-ci ildəki nəqlinə də hazır olacaq". SİA-nın xəbərinə görə bunu, Azərbaycanda işgüzar səfərdə olan Yunanıstanın enerji, ətraf mühit və iqlim dəyişikliyi naziri Corc Papakonstantinu deyib. O bildirib ki, İTGİ hazırda mövcud olan qazın icracı üçün yeganə layihədir.
"Bu layihədə böyük önəm verilən prinsiplərdən biri vaxt məhfumudur. Bundan əlavə, layihənin qazın daha çox ölkələrə çatdırılması, müştərilərin çoxluğu və bazanın şaxələndirilməsi digər prinsiplərdəndir. Digər prinsiplər layihənin reallaşması və maliyyələşməsidir.bu, kəmərin daha tez reallaşması imkanları ilə bağlıdır. TGI kəməri digər layihələrdən daha realdır. İndi masa üzərində digər layihələr də var. Amma onların reallaşması yalnız yaxın müddət ərzində baş tuta biləcək. Hazırda qazın ixracı üçün real imkanı olan yalnız TGI layihəsidir", - deyə o əlavə edib
Nazir həmçinin əlavə edib ki, Yunanıstandan İtaliyaya çəkiləcək dənizaltı qaz kəmərində Azərbaycanda pay ala bilər. Hazırda bununla bağlı müzakirələrin aparıldığını deyən Corc Papakonstantinu vurğulayıb ki, Yunanıstan SOCAR-ın DEPA şirkətinin özəlləşdirilməsində maraqlıdır: "Azərbaycanın "Şahdəniz" yatağında hasil olunan təbii qazın Avropaya nəqli üçün İTGİ boru kəməri layihəsini seçməsi müqabilində ARDNŞ "DEPA" şirkətini özəlləşdirməyi təklif edir. Əgər "Şahdəniz" konsorsiumu İTGİ layihəsi ilə bağlı müsbət qərar qəbul edərsə, ARDNŞ həm İTGİ kəmərinin müəyyən hissələrinin inşasında, həm də "DEPA"nın özəlləşdirilməsində iştirak edə bilər. Bu imkanlardan biri ARDNŞ-in özəlləşdirmədə və ya kəmərin çəkilişində iştirak etməsi və kəmərdə pay alması imkanları ilə ğbağlıdır. Bundan başqa, ARDNŞ Yunanıstan ilə İtaliya arasındakı kəmərin çəkilişində də iştirak edərək burada pay ala bilər. Biz bütün bu imkanları Azərbaycan tərəfinə təklif edə bilərik. DEPA şirkəti dənizaltı qaz kəmərininin çəkilişində 50 fazi paya malikdir. Əgər müzakirələrdən müsbət nəticə alınarsa, Azərbaycan da həmin layihəyə investisya qoya bilər".
Yunanıstanın \"Depa\" milli qaz şirkətinin prezidenti Harris Saciniz isə Azərbaycan qazının Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıdığını deyib. O bildirib ki, Azərbaycan öz qazının 89%-ni bir mənbədən alır. H.Sacinis artıq İTGİ layihəsinin bütün texniki əsaslandırılmasının həyata keçirildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB